Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə17/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   13   14   15   16   17   18   19   20   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

23 



Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) 

eşidəndir, biləndir.  

138. (Ey mö’minlər, deyin: ) "(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın 

dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik".  

139. (Ya Rəsulum! Kitab əhlinə de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? 

Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin 

əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"  

140. Yoxsa siz İbrahimin, İshaqın, Yə’qubun və onun övladının (nəslinin) yəhudi və ya 

xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.  

141. Onlar (İbrahim, Yə’qub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, 

onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri 

haqda sizdən sorğu-sual olunmaz.  

142. (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: 

"(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən 

nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi 

şəxsi doğru yola yönəldər".  

143. (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, 

insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd 

əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə’bəni) 

yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün 

(qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır 

görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin 

imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz 

buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.  

144. (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni 

razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey 

müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab 

verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların 

əməllərindən xəbərsiz deyildir.  

145. (Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe 

olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin 

qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə 

uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin