Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
24
146. Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını
tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti
bilə-bilə gizlədir.
147. (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!
148. Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı
işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi
(qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
149. (Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama
(Kə’bəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah
gördüyünüz işlərdən xəbərsiz deyildir.
150. (Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf
çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm
edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də
sizə olan ne’mətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
151. Həmçinin (ne’mətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi
(günahlardan) təmizləmək, Kitabı (Qur’anı), hikməti (şəriəti, halalla haramı) və
bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
152. Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür
edin, Məni danmayın!
153. Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki
Allah səbr edənlərlədir (onların dostudur).
154. Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah
dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
155. Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul
qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
156. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın
bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər.
157. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru
yolda olanlardır!
|