Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
25
158. (Ey mö’minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət
nişanələrindəndir). Evi (Kə’bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən
şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs
(vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı
qalandır (əvəzini verəndir), (onu) biləndir.
159. Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz
nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə’nətinə düçar
olar və bütün lə’nət edə bilənlər də onlara lə’nət oxuyar.
160. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli
edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161. Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların
lə’nəti olsun!
162. Onlar həmişəlik lə’nət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və
üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
163. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir,
mərhəmətlidir.
164. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz
etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə
üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən
diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram
edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın
hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
165. İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən
kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.
Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar
bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli
olacağını bilərdilər.
166. O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan
(bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və
aralarındakı rabitə qırılacaqdır.
167. O zaman (bütpərəstlərə) tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik,
onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq", - deyərlər. Beləcə
|