Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
33
224. Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq
barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah
eşidəndir, biləndir!
225. Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin
qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz
andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!
226. Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti
vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək
şərtilə) bağışlayandır, rəhm edəndir.
227. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini)
eşidəndir, biləndir.
228. Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib)
gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın
onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə
müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox
haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi,
(qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq
əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət,
hikmət sahibidir.
229. (Ric’i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq
(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!)
Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz
sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini
yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət
hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən
siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün
günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın.
Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.
230. Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə
getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-
arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları
təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar
anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).
|