Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
34
231. Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı
zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək
məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki,
özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza
etməyin). Allahın sizə verdiyi ne’mətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı)
və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
232. Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla
yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane
olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu
(şər’i baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin
mənfəətinizi) bilir, siz bilməzsiniz!
233. Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə
müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi
və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü
çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!
(Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz
aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə
də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək
istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq)
ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən,
sizin nə etdiklərinizi görəndir!
234. Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib)
özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində
şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin
hamısından xəbərdardır!
235. (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi
(rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç
bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə
müddətində) onlarla gizlində və’dələşməyin, onlara şəriətə müvafiq söz deyin!
Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki,
Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim
olduğunu bilin!
236. Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) tə’yin
etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı
|