Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
31
210. Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri
ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz
ki, (bütün) işlər (axırda) Allaha qayıdacaqdır.
211. (Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə)
nə qədər açıq dəlillər göndərdik! Allahın ne’mətinə nail olandan sonra onu
dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!
212. Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə
istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah
istədiyi kəsə saysız-hesabsız ruzi verər.
213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla
qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O,
peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər
gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab
əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə
iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola
istiqamətləndirər.
214. (Ey mö’minlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə
daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə
sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt
gələcək?" - demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!
215. (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə:
"(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və
(pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi
biləndir.
216. (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib
edildi.Bə’zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız bir şey
sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.
217. (Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O
ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu
inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq
Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda)
vuruşmaqdan daha betərdir"! (Ey mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər
bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər.
|