Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
39
qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş
halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah
kafirləri haqq yoluna yönəltməz!
265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək
yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol
yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də
ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!
266. Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları)
altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş
bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin,
həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri
sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.
267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin
(ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız
pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı
yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir!
268. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə
bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi)
biləndir.
269. Allah istədiyi şəxsə hikmət (elm, mə’rifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş
edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk
edərlər!
270. (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah
bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi
olmaz!
271. Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha
yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən
xəbərdardır!
272. (Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin
vəzifən ancaq onları haqq yola də’vət etməkdir). Allah kimi istərsə, onu doğru yola
yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz
üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan
|