Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
38
258. (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə
Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını
bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o
(Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah
Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir
donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!
259. Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından
keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba, Allah bu kəndi ölümündən sonra
necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra
dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir
gündən daha az" - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan, yediyin
yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni
insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının)
sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə
örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər
şeyə qadirdir!" - dedi.
260. (Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə
göstər!" - dedikdə (Allah) : "Məgər (ölüləri diriltməyimə) inanmırsan?" -buyurmuşdu.
(İbrahim: ) "Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)", -
deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: "Dörd cür (cins) quş götürüb
(səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan)
sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər.
Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"
261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər
ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-
qat artırır. Allah (lütfü ilə) genişdir.
262. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf
edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur
və onlar qəm-qüssə görməzlər.
263. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha
yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
264. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək
üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və
əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan
|