Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə40/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   36   37   38   39   40   41   42   43   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

46 



37. Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü 

və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba 

girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) "Ya Məryəm, bunlar 

sənin üçün haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. 

Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!  

38. (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən 

pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"  

39. (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona 

müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, 

(tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq 

Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".  

40. (Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) 

olduğu halda, mənim necə oğlum ola bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin 

kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə buyurdu.  

41. (Zəkəriyya: ) "Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir 

nişanə göstər", - dedikdə, (Allah: ) "Sənin nişanən üç günün ərzində adamlarla yalnız 

işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal 

(zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!" buyurdu.  

42. (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, 

həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün 

dünyanın) qadınlarından üstün tutmuşdur.  

43. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! 

(Namaz qılanlarla bir yerdə namaz qıl!)"  

44. (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: 

"Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə 

mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.  

45. Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə 

müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca 

(şərəfli) və (Allaha) yaxın olanlardandır.  

46. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və 

salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır".  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin