Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə42/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   38   39   40   41   42   43   44   45   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

48 



57. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını 

tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!  

58. (Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qur’andan Cəbrail 

vasitəsilə) sənə söyləyirik.  

59. Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu 

(Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu.  

60. (Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona 

görə də şübhə edənlərdən olma!  

61. (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən 

(mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: 

"Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də 

qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib 

yalançılara Allahın lə’nət etməsini diləyək!"  

62. Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, 

Allah yenilməz qüvvət, hikmət sahibidir!  

63. Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad 

törədənləri tanıyandır!  

64. (Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) 

bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona 

şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər 

onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, 

həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"  

65. Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq 

ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?  

66. Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu 

aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, 

(həqiqəti) Allah bilir, siz bilməzsiniz!  

67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, 

haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan 

deyildi.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin