Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə43/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   39   40   41   42   43   44   45   46   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

49 



68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu 

Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!  

69. Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız 

özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.  

70. Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar 

edirsiniz?  

71. Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu 

gizlədirsiniz?  

72. Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: "Mö’minlərə nazil edilənə 

(Qur’ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) 

isə onu inkar edin! Bəlkə, (mö’minlər öz dinlərindən) üz döndərsinlər.  

73. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" (Ya Rəsulum! Onlara) 

söylə: "Əlbəttə, doğru yol, Allahın yoludur". (Yəhudilər öz adamlarına dedilər: ) "Sizə 

verilən şeyin (Tövratın və bə’zi digər ne’mətlərin) bənzərinin başqa birisinə 

(müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə 

edəcəyinə (inanmayın)!" (Ya Rəsulum!) De: "Həqiqətən, ne’mət Allahın əlindədir və onu 

istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!"  

74. (Allah) Öz ne’mətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!  

75. Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, 

onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət 

versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun 

səbəbi budur ki, onlar: "Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını 

mənimsəməyə görə) bizə irad tutulmayacaq", - deyər və bilə-bilə Allaha qarşı yalan 

söyləyərlər.  

76. Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə 

xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.  

77. Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət 

ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara 

nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir 

əzab gözləyir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin