Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
50
78. (Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların
oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o
tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan)
deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir", -dedilər. Bunlar isə heç də Allah
tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, "Bu, Allah
dərgahındandır",- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
79. Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən
sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz
kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq
və itaət sahibi) olun!" - deyər.
80. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə
müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr
edərmi?!
81. (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim
kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq
inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan
əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər.
(Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər
şahidlərdənəm", - deyə buyurmuşdu!
82. Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah
sahibləridir).
83. Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar?
Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun
hüzuruna qayıdacaqlar.
84. (Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə,
İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair)
peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz
yalnız Ona (Allaha) təslim oluruq!"
85. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz
və o şəxs axirətdə zərər çəkənlərdən olar!
86. İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna
(Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər
|