Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə38/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   34   35   36   37   38   39   40   41   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

44 



17. Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət 

edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir 

(sübh namazına qalxanlardır).  

18. Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri 

də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa 

ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.  

19. Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və 

xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq 

üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, 

Allah tezliklə haqq-hesab çəkəcəkdir.  

20. (Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə 

de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş 

şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: "Siz də təslim (müsəlman) 

oldunuzmu?" Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş 

olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) 

təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!  

21. (Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə 

öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab 

veriləcəyini xəbər ver!  

22. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də 

olmayacaqdır.  

23. Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? 

Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) də’vət 

olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) 

dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).  

24. Bu (dönüklük) onların: "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!" -

dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) 

aldadıb yoldan çıxartmışdır.  

25. Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir 

yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının 

(tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin