Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
35
öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə
onlara bir şey (müt’ə) versin!
237. Kəbin haqlarını tə’yin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl
boşayarsınızsa, tə’yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla
belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər)
kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız
(güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın!
Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
238. (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına,
ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).
239. Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə
və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı,
bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür
öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!
240. Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin
qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə)
vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların
qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz
günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!
241. Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq
müttəqilərin vəzifəsidir.
242. Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb
anlayasınız (əqlinizə batsın).
243. (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib
getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi.
Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!
244. Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!
245. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah
da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini
azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin
əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.
|