Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə151/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   147   148   149   150   151   152   153   154   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

158 



95. Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət 

etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun 

qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki 

onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq 

düşəcəkləri yer də Cəhənnəmdir!  

96. Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı 

olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!  

97. Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə 

nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha 

layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

98. Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və 

(bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. 

(Mö’minlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) 

eşidəndir, biləndir!  

99. Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini 

Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu 

onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail 

edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

100. (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və 

ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah 

onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) 

altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!  

101. Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət 

etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. 

Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük 

əzaba uğrayacaqlar.  

102. (Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir 

əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah 

onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

103. (Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları 

(günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını 

artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır 

(rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin