Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə148/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   144   145   146   147   148   149   150   151   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

155 



69. (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha 

qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) 

qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) 

qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) 

yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə 

zərər eləyənlərdir!  

70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, 

Mədyən əhalisinin və Mö’təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib 

çatmadımı? Peyğəmbərləri onlara aşkar mö’cüzələrlə gəlmişdilər. Allah onlara zülm 

edən deyildi, lakin onlar özlərinə zülm etdilər.  

71. Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar 

(insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, 

Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, 

həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

72. Allah mö’min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn 

cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. 

Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük 

qurtuluşdur (uğurdur)!  

73. Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri 

isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. 

Ora nə pis yerdir!  

74. (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. 

(And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir 

olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə 

qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö’minlərə 

qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz 

ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər 

yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz 

döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer 

üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!  

75. (Münafiqlərin) bə’zisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz 

ne’mətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək 

və sözsüz ki, əməlisalehlərdən olacağıq".  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin