Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
153
50. Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz
versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" deyər və sevincək halda dönüb
gedərlər.
51. De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz
verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö’minlər yalnız Allaha təvəkkül
etsinlər!"
52. De: "Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini
gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid
olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə
gözləməkdəyik"!
53. (Münafiqlərə) de: "İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz
da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.
54. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun
Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə
xərcləmələridir.
55. (Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni
təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir
olduqları halda, canlarını almaq istər.
56. (Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and
içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də
zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.
57. Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik
(yer) tapsaydılar, tələsik ora üz tutardılar.
58. Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib
tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal
qəzəblənərlər.
59. Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah
bizə kifayətdir. Allah bizə Öz ne’mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən).
Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!" - deyəydilər!
60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq
ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə,
|