Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
149
15. Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi
silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
16. Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun
Peyğəmbərindən və mö’minlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz
sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!
17. Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın
məscidlərini tə’mir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar
Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)
18. Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb
zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu
qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru
yolu tapa bilənlərdən ola bilərlər!
19. (Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə’mir etməyi
Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi
tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola
yönəltməz!
20. İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah
yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).
21. Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün
tükənməz ne’mətlər olan cənnətlərlə müjdələr.
22. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!
23. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa,
onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.
24. (Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz
(qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza
gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan
daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola
yönəltməz!
|