Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
151
34. Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu
insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya
Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla
müjdələ!
35. O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb
alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün
yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" -
(deyiləcəkdir!)
36. Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın
Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə’də, zülhiccə və məhərrəm) haram
aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və
hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı
sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!
37. Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana və ya zülqə’də,
zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü
artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram
etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə
onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini
dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal,
halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl
görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!
38. Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" - deyildikdə yerə
yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki
dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüz’i bir şeydir!
39. Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və
sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə
çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə
qadirdir!
40. (Ey mö’minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək
göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq
çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah
bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil
etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin
|