Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
150
25. Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün
çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü
genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.
26. Sonra da Allah Öz Peyğəmbərinə və mö’minlərə arxayınlıq nazil etdi, (köməyinizə
mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu,
kafirlərin cəzasıdır!
27. Bundan (bu əzabdan) sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah
bağışlayandır, rəhm edəndir!
28. Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, e’tiqadları puç və iyrənc olduğuna, su
başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü
etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin
doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan
(ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne’mətindən (verib) sizi
mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
29. Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və
Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul
etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.
30. Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", -
dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər
Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara
lə’nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!
31. Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar
(rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr
olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik
qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları
bütlərdən uzaqdır!)
32. Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə
söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini)
tamamlamaq istər.
33. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün
dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən
Odur!
|