Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə139/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   135   136   137   138   139   140   141   142   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

146 



71. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) 

əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan 

verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

72. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər 

(mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) - 

məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə 

isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların 

dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik 

yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda 

saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə 

vacibdir. Allah nə etdiklərinizi görəndir!  

73. Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə 

buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr 

isə artıb qüvvətlənər).  

74. İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər 

(mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - 

məhz onlar həqiqi mö’minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, 

minnətsiz) ruzi gözləyir!  

75. Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib 

hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar 

Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur’anda irs, varislik baxımından) bir-birinə 

daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə 

qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi 

hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ 

yalnız qohumlara aid edildi).  

 

 



 

 

 



 

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin