arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
148
və bütün yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat
versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir!
6. Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah
kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu
(müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!
7. Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-
Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri
yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi
pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri
(xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!
8. Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər?
Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti
(Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!
9. Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə
satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane
oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!
10. Onlar bir mö’min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah
etməklə) həddi aşanlardır!
11. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz
ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!
12. Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir
etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə
andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə,
(bu yaramaz işlərdən) əl çəkələr!
13. (Ey mö’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz
yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan
bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi)
mö’minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!
14. Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə
onların üzərində qələbə çaldırıb mö’minlərin ürəklərini fərəhləndirsin.
|