Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
170
yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə)
həddi aşanların ürəklərini belə möhürləyirik.
75. Onlardan sonra Musanı və Harunu Fir’ona və camaatına açıq mö’cüzələrlə
peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və
günahkar bir tayfa oldular.
76. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Bu, aşkar bir sehrdir!" - dedilər.
77. Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi
deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!"
78. Onlar (Musaya və Haruna): "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz
də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" -
dedilər.
79. Fir’on: "Nə qədər bilikli sehrbaz varsa, gətirin!" - dedi.
80. Sehrbazlar gəldikdə Musa: "Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri
yerə atın!)" - dedi.
81. Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey
sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
82. Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı
gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!"
83. Fir’onun və ə’yanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Fir’on
camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Fir’on o yerdə hakim idi.
O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı.
84. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa,
Ona təvəkkül edin!"
85. Onlar dedilər: "Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın
fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!
86. Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!"
|