Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
168
54. Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın
əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için
peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin
günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).
55. Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın
və’di haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!
56. Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!
57. (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-
şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!
58. (Ya Rəsulum!) De: "Allahın ne’məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu
onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!"
59. De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir
qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin
verdi, yoxsa Allaha iftira yaxırsınız?"
60. Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara
əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin
onların əksəriyyəti (Allahın ne’mətlərinə və mərhəmətinə) şükür etməz!
61. (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə
iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və
göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik
elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
62. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
63. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -
64. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və’dlər) heç
vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!
65. (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə’nasız) sözləri səni kədərləndirməsin.
Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir,
biləndir!
|