Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə169/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   165   166   167   168   169   170   171   172   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

177 



27. (Nuh) tayfasının kafir ə’yan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi (adi) bir 

insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. 

a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün 

olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"  

28. (Nuh) dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir 

dəlilə (mö’cüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) 

bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), 

istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!  

29. Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat 

istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan 

deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir 

tayfa görürəm!  

30. Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın 

əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?  

31. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən 

demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən 

yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı 

(hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), 

onda şübhəsiz ki, zalımlardan olaram!"  

32. Onlar dedilər: "Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru 

danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!"  

33. (Nuh) belə cavab verdi: "Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz 

buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz.  

34. Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə 

nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun 

hüzuruna qaytarılacaqsınız!"  

35. Yoxsa (Məkkə müşrikləri): "O (Muhəmməd) onu (Qur’anı və ya Nuha dair xəbərləri) 

özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən 

uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan 

uzağam!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin