arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
175
qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır
(lövhi-məhfuzdadır).
7. Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb
bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən
ki: "Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!", kafir olanlar: "Bu, açıq-aşkar
sehrdən (yalandan) başqa bir şey deyildir!" - deyə cavab verərlər.
8. Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): "Bu əzabı
gecikdirən (ona mane olan) nədir?" - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf
olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.
9. Əgər insana Özümüzdən bir ne’mət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq,
şübhəsiz ki, o, mə’yus (ümidsiz) və nankor olar.
10. Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq:
"Artıq fəlakətlər məndən sovuşdu" - deyər və sözsüz ki, sevinib öyünər.
11. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan)
bağışlanma və böyük bir mükafat gözləyir.
12. (Ya Rəsulum!) Müşriklərin: "Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq
etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!" -
deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə’zi ayələri
dərhal təbliğ etməyib tə’xirə salmalı) olacaqsan və (bə’zən) buna görə ürəyin qısılacaq!
Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah
isə hər şeyə vəkildir!
13. Yoxsa (müşriklər): "Onu (Qur’anı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər
doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə)
Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.
14. Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın
elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra)
islamı qəbul etməzmisiniz?
15. Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona
əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada)
verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb
e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah
ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).
|