Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə184/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   180   181   182   183   184   185   186   187   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

192 



44. Onlar: "(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu 

bilmirik!" - deyə cavab verdilər.  

45. (Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə 

müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm. 

Bircə məni (zindana - Yusifin yanına) göndərin!"  

46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru danışan adam, 

bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, 

yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların 

yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) 

bilsinlər!"  

47. (Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az 

bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə 

saxlayın.  

48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər 

üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.  

49. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar 

(zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə 

edib bəhrələnəcəklər)".  

50. (Bunları eşidən) hökmdar: "Onu mənim yanıma gətirin!" - dedi. (Onun göndərdiyi) 

elçi (Yusifin) yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın 

məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların 

məkrini biləndir!"  

51. (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq 

istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) "Allah eləməsin! Biz onun 

barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: 

"Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, 

şübhəsiz, doğrubdanışanlardandır!"  

52. (Yusif dedi:) "Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) 

olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol 

vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin