Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
202
13. Göy gurultusu Onun şə’ninə tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan
(Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə
edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət
sahibidir!)
14. Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına
edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər,
tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə
duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək
ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun
ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz,
eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa
bir şey deyildir!
15. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz
Allaha səcdə edər! (Yer üzündəki mö’minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə
ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya
kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)
16. (Ya Rəsulum!) De: "Göylərin və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında
aciz qaldıqda) de: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də
bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!" De: "Heç
korla görən (kafirlə mö’min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa
onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların
nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O
birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"
17. Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı.
(Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam
insanlara, torpağa həyat verən suya, müşriklərin e’tiqadı isə boş köpüyə bənzər). Bəzək
şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb
əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah
haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey
olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah
belə misallar çəkir!
18. Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən
gözəl ne’mət (Cənnət) gözləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer üzündə
olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın
əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul
|