Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə398/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   394   395   396   397   398   399   400   401   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

410 



(Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, 

gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, 

əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək 

iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).  

9. Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də 

(Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, 

bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən 

kordurlar).  

10. (Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman 

gətirməzlər!  

11. Sən ancaq Qur’ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda 

bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail 

olacağı ilə müjdə ver!  

12. Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub 

getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) 

təsbit etmişik.  

13. (Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, 

onlara elçilər gəlmişdi.  

14. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz 

də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə 

göndərilmiş elçilərik!"  

15. (Antakiyalılar: ) "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən 

üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman 

(sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan 

danışırsınız!" - dedilər.  

16. (Elçilər) dedilər: "Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər 

olduğumuzu bilir.  

17. Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ 

etməkdir!"  

18. (Antakiyalılar) dedilər: "Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi 

bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin