Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
413
43. Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat
taparlar.
44. Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb
keçinmələri üçün (onları xilas edərik).
45. Onlara (müşriklərə): "Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından)
qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq
asmazlar).
46. Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!
47. Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi
zaman, kafirlər mö’minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi
yedirdəcəyik?!" - deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar
azmısınız.
48. Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü)
nə vaxt yerinə yetəcək?" - deyərlər.
49. Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir
dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
50. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!
51. Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin
hüzuruna axışacaqlar.
52. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim
qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir
(qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"
53. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı
(haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.
54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin
cəzasını çəkəcəksiniz!
55. Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.
56. Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.
|