Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
415
70. Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən
buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.
71. Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün
davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!
72. Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini
yedikləri də.
73. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ
də şükür etməzlərmi?
74. (Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər)
qəbul etdilər.
75. (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları
başqalarından qoruyan) hazır əsgərlərdir.
76. (Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni
kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.
77. Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı
görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,
78. Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə
bir məsəl də çəkdi.
79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir
məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!
80. O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar
ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə)
od yandırırsınız".
81. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?!
Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!
82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir.
O da dərhal olar.
|