Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
424
115. Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda
boğulmaqdan) qurtardıq.
116. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
117. Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.
118. Onların hər ikisini doğru yola müvəffəq etdik.
119. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
120. (Onları belə yad edirlər: ) "Musaya və Haruna salam olsun!"
121. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
122. Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.
123. Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
124. Bir zaman o öz tayfasına belə demişdi: "Məgər (bütlərə ibadət etməklə) Allahdan
qorxmursunuz?
125. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət
edirsiniz?
126. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan
Allahımı (tərk edirsiniz)?"
127. Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə)
gətiriləcəklər.
128. Yalnız Allahın müxlis bəndələrindən başqa!
129. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
130. (Onu belə yad edirlər: ) "İlyasinə (İlyasa) salam olsun!"
131. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
132. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
133. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
Bizim email:
Dostları ilə paylaş: |