Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə419/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   415   416   417   418   419   420   421   422   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

432 



40. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi 

yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl 

sığınacaq - Cənnət vardır).  

41. (Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə 

belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"  

42. (Ona belə buyurduq: ) "Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və 

içiləcək sərin (sudur)!" (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri 

getdi).  

43. Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və 

üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.  

44. (Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec 

gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and 

içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının 

yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru çubuqdan 

ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) 

səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.  

45. (Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və 

Yə’qubu da yad et!  

46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-

ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, 

dünyalarından daha çox axirətləri haqında düşünərdilər).  

47. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!  

48. (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların 

hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!  

49. Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və 

ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl 

bir qayıdış yeri (Cənnət) gözləyir!  

50. Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!  

51. Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) 

istəyəcəklər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin