Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
434
68. Siz isə ondan üz döndərirsiniz!
69. (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı
aləmdən heç bir xəbərim yox idi.
70. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum
üçün bir vəhy olunur!"
71. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən
palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı
ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə
mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"
76. (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən
məni oddan, onu isə palçıqdan yaratmısan!"
77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan)
qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!"
79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"
80. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!"
82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının)
hamısını (haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,
|