Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə418/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   414   415   416   417   418   419   420   421   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

431 



29. (Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir 

Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) 

ibrət alsınlar!  

30. Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə 

idi. (Onun rizasını qazanmaq diləyirdi).  

31. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə 

duran), çapar atlar göstərildiyi zaman  

32. O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm 

(çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi 

Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və 

ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara 

tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)".  

33. (Süleyman dedi: ) "Onları (atları) mənə qaytarın!" (Atlar qaytarılıb gətirildikdən 

sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən 

yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).  

34. And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının 

üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o 

(peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.  

35. (Süleyman dua edib) dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) 

ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan 

(kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, 

həm də padşahlıq əta etdi).  

36. Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.  

37. (Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,  

38. Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)  

39. (Və ona belə buyurduq: ) "Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud 

(saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne’mətlər barəsində haqq-hesab 

tələb olunmayacaqdır)".  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin