Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə420/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   416   417   418   419   420   421   422   423   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

433 



52. Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç 

yaşında zövcələr) olacaqdır.  

53. Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır.  

54. Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.  

55. Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -  

56. Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!  

57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!  

58. (Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.  

59. (Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) 

"Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) "Onlar 

rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!"  

60. (Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: "Xeyr, siz elə özünüz rahatlıq üzü 

görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu 

əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!  

61. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını 

Cəhənnəmdə ikiqat elə!"  

62. (Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: "(Dünyada) pis adamlar 

saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük?  

63. Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə 

dəymirlər?!"  

64. Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) 

bir həqiqətdir!  

65. (Ya Rəsulum!) De: "Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. 

Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!  

66. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, 

yenilməz qüvvət sahibidir, çox bağışlayandır.  

67. De: "O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin