Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə428/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   424   425   426   427   428   429   430   431   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

441 



43. Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya 

Peyğəmbər!) De: "Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları 

halda (şəfaətmi edəcəklər)?!"  

44. De: "Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun 

əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!"  

45. Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların 

qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman 

isə onları dərhal sevinc bürüyər.  

46. De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin 

arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!"  

47. Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, 

mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin 

onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara güman etmədikləri 

(gözləmədikləri əzab) görünəcəkdir.  

48. Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza 

etdikləri (əzab) onları saracaqdır!  

49. İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra 

dərgahımızdan ona bir ne’mət ə’ta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən, 

qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!" - deyər. Xeyr, bu bir imtahandır, 

lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!  

50. Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş 

ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi 

(əzabı onlardan dəf edə bilmədi).  

51. Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin) 

zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz 

buraxan deyillər (qaçıb canlarını əzabımızdan qurtara bilməzlər).  

52. Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini 

də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!  

53. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) 

özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin