Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
445
.
40
.
əl-Mu’min
(Mö’min) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən
Allahdandır-
3. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan
(Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!
4. Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların
(indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal
içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
5. Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və
başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa
(tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə
mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir
görəydin) Mənim cəzam necə oldu!
6. Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə
gerçəkləşdi!
7. Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis
edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey