Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
453
daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi
(Allahın əzabını onlardan dəf edə bilmədi).
83. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə
sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya:
peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə -
batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına -
qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).
84. Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə)
qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!"
85. Amma əzabımızı gördükləri zaman iman gətirmələri - Allahın Öz bəndələri
barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq
heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı
gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar
(məhv oldular).
Bizim email:
Dostları ilə paylaş: |