Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
449
Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər
getdi. O, Musaya heç bir şey edə bilmədi).
38. O mö’min adam dedi: "Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım!
39. Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!
40. Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın
mö’min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!
41. Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də’vət etdiyim halda, siz məni Cəhənnəmə
(cəhənnəm oduna) də’vət edirsiniz!
42. Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız
halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha
(ibadət etməyə) çağırıram!
43. Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə
dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı)
yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə)
həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
44. (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi
Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!"
45. Beləliklə, Allah onu (o mö’min şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu.
Fir’on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).
46. Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə)
odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Fir’on əhlini ən şiddətli
əzaba salın!"
47. O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür
göstərənlərə (öz başçılarına) deyəcəklər: "Biz (dünyada) sizə tabe idik. İndi siz
cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!"
48. Təkəbbür göstərənlər deyəcəklər: "Biz hamımız oradayıq (cəhənnəm odundayıq).
Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə
yoxdur!)"
|