Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
457
28. Budur Allahın düşmənlərinin cəzası - Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar
etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!
29. Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları
bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!"
30. Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm
ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə
və’d olunan Cənnətlə sevinin!
31. Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün
nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.
32. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!"
33. (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!" - deyən
kəsdən daha gözəl danışan kim ola bilər?!
34. Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et!
(Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!)
Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
35. Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük
qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
36. Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa),
Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
37. Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət
edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə
edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!
38. Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun
zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında
olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şə’ninə tə’riflər deyərlər.
39. Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz
ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki,
ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!
|