Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
458
40. Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar.
Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın hüzuruna) arxayın
gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir.
41. Özlərinə Qur’an gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına
çatacaqlar). O (Qur’an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.
42. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini
belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən
Allah) tərəfindən nazil edilmişdir.
43. (Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir.
Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!
44. Əgər Biz onu özgə bir dildə olan Qur’an etsəydik (Məkkə müşrikləri): "Məgər onun
ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Qur’an) özgə dildə,
(Peyğəmbər isə) ərəbmidir?!" - deyərdilər. (Ya Rəsulum!) De: "O, iman gətirənlərə
hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə
qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Qur’an) onları kor etmişdir. Onlar (sanki) uzaq
bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).
45. Biz Musaya da kitab vermişdik və onun (Tövratın) barəsində də ixtilaf düşmüşdü.
(Ya Peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər tə’xirə salınması
haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı (dünyada
ikən əzabı dadardılar). Həqiqətən, (müşriklər Qur’an) barəsində çox dərin (başqalarını
da şübhəyə salan) bir şəkk içindədirlər!
46. Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. (Ya Peyğəmbər!)
Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!
47. O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən heç bir
meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-
həmlini yerə qoymaz. (Allah) onlara (müşriklərə məzəmmət və istehza ilə): "Şəriklərim
haradadır? - deyəcəyi gün, onlar: "(Ey Rəbbimiz!) Biz Sənə ərz etdik ki, aramızda (Sənin
şərikin olduğuna şəhadət verə biləcək) heç bir şahid yoxdur!" - deyə cavab verəcəklər.
48. Öncə (dünyada) ibadət etdikləri (bütlər) onlardan qeyb olacaq və onlar özləri üçün
qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.
49. (Kafir, nankor) insan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir
pislik üz versə, ümüdsizliyə qapılıb mə’yus olar.
|