arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
454
.
41
.
Fussilət
(Müfəssəl izah edilmiş) surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. (Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
3. Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir
kitabdır.
4. (Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri
cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur’andan) üz
döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
5. (Ya Peyğəmbər!) Onlar deyərlər: "Sənin bizi də’vət etdiyinə (tövhid dininə) qarşı
qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz
dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz
istədiyimizi!)"
6. (Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin
tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay
müşriklərin halına!
7. O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!
Bizim email:
Dostları ilə paylaş: |