Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə438/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   434   435   436   437   438   439   440   441   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

452 



71. O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər  

72. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,  

73. Sonra da onlara belə deyiləcəkdir: "Haradadır şərik qoşub ibadət etdikləriniz -  

74. Allahdan qeyri?!" (Müşriklər) deyəcəklər: "Onlar bizdən qeyb oldular. Xeyr, biz 

əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!" Allah (haqq yoldan) kafirləri belə 

azdırar!  

75. (Onlara belə deyiləcəkdir: ) "Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə 

və təkəbbürlənməyinizə görədir!  

76. Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!" 

Təkəbbürlülərin sığınacağı necə də pisdir!  

77. (Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö’minlərə 

verdiyi zəfər) və’di haqdır. Ya onlara və’d etdiyimizin (əzabın) bir qismini (diri ikən) 

sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza 

qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar 

olacaqlar!)  

78. Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə 

xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğmbər Allahın izni 

olmadan bir mö’cüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri 

gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan 

danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.  

79. Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.  

80. Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, 

yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları 

minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən 

başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız.  

81. O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə 

bilərsiniz?!  

82. Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə 

olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   434   435   436   437   438   439   440   441   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin