arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
455
8. İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi gözləyir!"
9. (Ya Peyğəmbər!) De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona
şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!
10. O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan
ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə)
müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını
soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).
11. Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü
yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: "İstər-istəməz vücuda
gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab
verdilər.
12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki
gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində
göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün
işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla)
bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi
olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!"
13. (Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan,
imandan) üz döndərsələr, de: "Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu
tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!"
14. Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: "Yalnız Allaha ibadət edin" -
deyən peyğəmbərlər gəldiyi zaman onlar: "Əgər Rəbbimiz (bizim ancaq Ona iman
gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər
endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!" - deyə cavab
vermişdilər.
15. Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər:
"Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini
yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
16. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə
üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha
rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.
|