Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə437/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   433   434   435   436   437   438   439   440   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

451 



Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq 

girəcəklər!  

61. Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib 

vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin 

insanların çoxu (Onun lütfünə) şükür etməz!  

62. Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! 

Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)  

63. Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər!  

64. Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi 

gözəlləşdirən, sizə təmiz (pak) ne’mətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan 

Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan 

ucadır, xeyir-bərəkəti bol və daimidir!)  

65. Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) 

dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi 

olan Allaha həmd olsun!  

66. (Ya Peyğəmbər!) De: "Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin 

Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq 

aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!"  

67. Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, 

sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, 

daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, 

qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta 

(ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb 

anlayasınız deyə edilir.  

68. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) 

ona ancaq: "Ol!" - deyər, o da dərhal olar.  

69. (Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar 

necə də (haqdan) döndərilirlər!  

70. Kitabı (Qur’anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö’cüzələri və 

hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə’ruz 

qalacaqlarını) mütləq biləcəklər!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin