Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
459
50. Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək
(dadızdırsaq), mütləq: "Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının)
qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb
gətirilsəm, Onun dərgahında məni ən gözəl ne’mət (Cənnət) gözləyir!" - deyər. Biz kafir
olanlara (dünyada) nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara
şiddətli bir əzab daddıracağıq.
51. (Kafir, naşükür) insana ne’mət bəxş etdiyimiz zaman (imandan) üz döndərər,
(haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua
edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).
52. (Ya Peyğəmbər! O kafirlərə) de: "Bir söyləyin görək, əgər (bu Qur’an) Allah
dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir
nifaq (ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!
53. Onun (Qur’anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət
nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin
ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər
Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!
54. (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib
haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və
yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!
|