Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə436/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   432   433   434   435   436   437   438   439   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

450 



49. Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç 

olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!"  

50. (Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar 

mö’cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. 

(Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası 

isə boş şeydir (heç vaxt qəbul olunmaz).  

51. Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də 

şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!  

52. Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları 

lə’nət və axirət yurdunun pis əzabı gözləyir.  

53. And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail 

oğullarını kitaba varis etdik!  

54. Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!  

55. (Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və 

mö’minlərə verdiyi zəfər) və’di haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının 

bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et 

və ya gündə beş vaxt namaz qıl!)  

56. Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində 

mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) 

vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən 

Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!  

57. Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük 

şeydir. Lakin insanların çoxu (bunu) bilməz!  

58. Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az 

düşünürsünüz!  

59. O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin 

insanların çoxu (buna) inanmaz!  

60. Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni 

çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin