arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
446
Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin
yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!
8. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh
olanları da özlərinə və’d buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən
yenilməz qüvvət, hikmət sahibisən!
9. Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O
gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən
böyük qurtuluş (uğur) budur!"
10. Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir:
"Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-
birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz
zaman öz küfrünüzdə davam edib dururdunuz!"
11. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə
atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir
müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən
diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?"
12. (Onlara belə cavab veriləcəkdir: ) "Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah
çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik
qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!"
13. Sizə ayələrini (mö’cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən
yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik
qoşmaqdan imtina edən) kimsə ibrət alar!
14. (Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla)
ibadət edin!
15. Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin
mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan
vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy
əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla
bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!
16. Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi
Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) "Bu gün hökm kimindir?" (Heç kəsin
|