Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə429/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   425   426   427   428   429   430   431   432   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

442 



Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm 

edəndir!  

54. (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. 

Sonra sizə heç bir kömək olunmaz!  

55. Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən 

sizə nazil edilmiş ən gözəl sözə (Qur’ana) tabe olun!  

56. (Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay 

halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və mö’minlərə) 

istehza edirdim!" - deməsin.  

57. Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən 

olardım!" - söyləməsin.  

58. Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər 

görənlərdən olardım!" - deməsin!  

59. (Onun bu sözlərinin cavabında Allah belə buyurar: ) "Xeyr, Mənim ayələrim sənə 

gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür göstərdin və 

kafirlərdən olsun!"  

60. (Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini 

qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə 

vardır!)  

61. Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə 

nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.  

62. Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!  

63. Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər - 

məhz onlar ziyana uğrayanlardır!  

64. De: "Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət etməyi 

əmr edirsiniz?"  

65. (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy 

olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan 

çəkənlərdən olacaqsan!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin